Məşhur sənətçi Mahsun Kırmızıgülün anası Faike Bakencir dünyasını dəyişib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, anasının aylar əvvəl Alzheimer xəstəsi olduğunu açıqlayan Kırmızıgül, "Ən böyük ürək ağrımdır. Səni dünyaya gətirən ana bir gün gəlir uşaqlaşır" deyə bildirmişdi.
Qeyd edək ki, 99 yaşlı Faike Bezencir iki ildir evdə müalicə alırdı.