Qazaxıstan bu ilin noyabr ayının sonuna kimi 6,3 milyon ton taxıl ixrac edib.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu il taxıl icracında 52 faizlik artım var.
Özbəkistana ixracda 42 faiz, Tacikistana ixracda 49 faiz, Çinə ixracda isə 17 faiz artım var.
Qeyd olunub ki, bu il ölkənin ixrac potensialının 12 milyon tona çatacağı proqnozlaşdırılır. Əsas bazarlar Mərkəzi Asiya ölkələri, Çin, Əfqanıstan və İtaliya olacaq. Qara və Baltik dənizi limanları vasitəsilə Azərbaycana, Əfqanıstana, İrana, İraqa, Şimali Afrika ölkələrinə və Avropa İttifaqına 2 milyon tona qədər həcmdə taxılın daşınması üçün də iş aparılır.
Gülşən Şərif