AZ

"Suriyada müxalifətin hədəfi paytaxt Dəməşqdir", R.T.Ərdoğan

"Suriyada müxalifətin hədəfi paytaxt Dəməşqdir". 

Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Noyabrın 27-də Suriyada hökumət qüvvələri ilə müxalif silahlı qruplar arasında Hələb vilayətinin qərbində başlayan qarşıdurmalardan danışan Ərdoğan deyib:

"Hazırda İdlib, Həma və Homs, hədəf təbii ki Dəməşqdir. Müxalifətin bu irəliləyişi hazırda da davam edir. Ümid edirik ki, Suriyadakı bu addım heç bir qəza və problem olmadan davam edəcək". 

Türkiyənin Suriya prezidenti Bəşər Əsədə çağırış edərək “Görüşəyin, Suriyanın gələcəyini birlikdə təyin edək” dediyini xatırladan Ərdoğan onu da deyib ki, təəssüf ki, Əsəddən bu məsələyə müsbət cavab ala bilmədik. Hazırda İdlibdən sonra Homs yenidən müxalifətin nəzarətindədir və Dəməşqə doğru irəliləyiş var. Bölgədə davam edən bu narahatedici irəliləyişlər bizim istədiyimiz deyil kimi deyil, arzu etdiyimiz bunlar deyil".

İsrailin Livana hücumlarına da toxunan dövlət başçısı çox problemli bölgədə hər tərəfin məhv edildiyini və kömək üçün müraciətlərin olduğunu bildirib.

Ərdoğan dünyanın susduğu bir vaxtda Türkiyənin yardımlarını davam etdirəcəyini vurğulayaraq deyib:

"Bölgədə atəşkəsin qeyri-müəyyən müddətə necə qorunub saxlanıla biləcəyini müəyyən etmək üçün səylərimiz davam edir. Bu məsələdə yeganə çıxış yolu Birləşmiş Millətlər Təşkilatıdır. İsrail vəhşiliyinə və soyqırımına görə hesab verməlidir. Türkiyə olaraq bu hesabı istəyəcəyik və istəməliyik”.



Seçilən
56
1
trt.net.tr

2Mənbələr