AZ

Avrozona iqtisadiyyatı cüzi artım göstərib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozona iqtisadiyyatı ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz artıb.

Banco.az xəbər verir ki, Avropa Statistika Ofisi (Eurostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın üçüncü rüb üzrə ÜDM və məşğulluq məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, Avrozonada mövsümi təsirlərdən kənarlaşdırılmış ÜDM 2024-cü ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz artıb. Avrozonada ÜDM üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Aİ-də isə ÜDM ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,4 faiz, ötən ilin eyni rübü ilə müqayisədə 1 faiz artıb.

Üçüncü rübdə ÜDM əvvəlki rüblə müqayisədə İspaniyada 0,8 faiz, Fransada 0,4 faiz, Almaniyada isə 0,1 faiz artarkən, İtaliyada sabit qalıb. Almaniyada ÜDM ötən ilin eyni dövrü ilə müqayisədə üçüncü rübdə 0,3 faiz azaldığı halda, İtaliyada 0,4 faiz, Fransada 1,2 faiz, İspaniyada isə 3,4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
62
2
banco.az

4Mənbələr