Bakıda hərəkətin təşkilində olan nöqsanlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aradan qaldırılıb. Avtosfer.az xəbər verir ki, illərlə sürücülərə təhlükə və maneə yaradan təhlükəsizlik adacıqları yenidən təşkil edilib.
Belə ki, paytaxtın Azadlıq prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindəki təhlükəsizlik adacığı kiçildilib. Əvvəllər sağa dönən sürücülər sol zolağa keçə bilmirdilər. Nəticədə yolda sıxlıq yaranırdı. Dəyişiklikdən sonra bu problem tam şəkildə aradan qaldırılıb.
Digər problem isə paytaxtın Həsən Seyidbəyli küçəsi ilə Mehdi Hüseyn küçəsinin kəsişməsində idi. Sürücülər H.Seyidbəyli küçəsindən düzünə yalnız bir zolaqla hərəkət edə bilirdilər. Sol zolaqla düzünə getmək istəyən sürücülər adacığın üzərinə çıxmamaları üçün dayanıb sağ zolağa yerdəyişməli olurdular. Bu zaman isə yolda tıxac yaranırdı. AYNA sözügedən kəsişmədə də adacığı kiçildərək sürücülərə yaranan problemi köklü şəkildə həll etdi.
Ərazidən qeydə alınmış videogörüntüləri təqdim edirik.
Fərid