AZ

Qlobal ərzaq qiymətləri 19 ayın ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bitki yağı qiymətlərinin bahalaşması FAO-nun Ərzaq Qiymətləri İndeksini noyabrda yüksəldib.

Banco.az xəbər verir ki, qlobal ərzaq qiymətləri noyabrda aylıq müqayisədə 0,5 faiz artıb ki, bununla da indeks 2023-cü ilin aprelindən bu yana ən yüksək səviyyəyə qalxaraq 19 ayın pik həddinə çatıb.

İndeks illik müqayisədə isə 5,7 faiz artıb.

Qeyd edək ki, noyabr ayında bitki yağı qiymətlərindəki bahalaşma indeksin yüksəlişində təsirli olsa da, taxıl və şəkər qiymətlərinin aşağı kursu indeksin yüksəlişini qismən ləngidib.

FAO Bitki Yağı Qiymətləri İndeksi noyabr ayında aylıq 7,5 faiz artaraq iki ayda ikinci ən böyük artımını qeyd edib və bir il əvvəlki səviyyədən 32 faiz yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
35
banco.az

1Mənbələr