Türkiyəli müğənni və rejissor Mahsun Kırmızıgülün 99 yaşlı anası Faike Bezencir vəfat edib.
Redaktor.az xəbər verir ki, Kırmızıgül üzücü xəbəri sosial media hesabından açıqlayıb və dəfn mərasiminin təfərrüatlarını izləyiciləri ilə bölüşüb.
Kırmızıgül, anasının son aylardakı xəstəliyi ilə bağlı "Ən böyük ürək ağrımdır. Səni dünyaya gətirən ana bir gün gəlib uşağa çevrilir. Anam məni tanımır. Allah hər kəsə kömək olsun" deyib.
Müğənni anasının Alzheimer xəstəliyini dövrün ən böyük xəstəliyi adlandırıb: "Sağlamlığında dəstək olduğumuz valideynlərimizin çətin anlarında yanında olmaq lazımdır”, - deyə o qeyd edib.
Anasının ölüm xəbərini alan Mahsun Kırmızıgül şənbə günü axşam baş tutacaq konsert proqramını ləğv edib. Faike Bezencir vəsiyyətinə görə sabah Diyarbəkirdə son səfərinə yola salınacaq.
"Sevgili anam Faike Arıkın itkisi məni çox kədərləndirdi. Onun cənazəsi sabah (şənbə) günorta namazından sonra Diyarbəkir Səlahəddin Əyyubi məscidində keçiriləcək", - Kırmızıgül yazıb.
T.İSMAYIL