AZ

Azərbaycan Qara Dəniz Ticarət və İnkişaf Bankının İllik Toplantısında iştirak edir

Bakı. Trend:

Bu gün Türkiyə Respublikasının İstanbul şəhərində Qara DənizTicarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 26-cı İllikToplantısı öz işinə başlayıb. İllik Toplantıda Azərbaycanı bankınRəhbərlər Şurasının üzvü, maliyyə naziri Samir Şərifov təmsiledir.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, toplantıda Rəhbərlər Şurası tərəfindən Bankınorta müddətli strategiyası, 2025-2026-cı illər üzrə biznes planı,cari kredit portfeli və maliyyələşdirmə mənbələri, habelə üzvölkələr arasında bank və biznes sahəsində mövcud imkanların vəpotensialın daha da genişləndirilməsinə dair məsələlər müzakirəolunacaq, müvafiq qərarlar qəbul ediləcək.

QDTİB beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır.Bank Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər -Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova,Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukraynatərəfindən yaradılıb.

Azərbaycan Respublikasını Bankın Rəhbərlər Şurasında maliyyənaziri Samir Şərifov təmsil edir. Bankın baş ofisi YunanıstanınSaloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regionaləməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlardalayihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması,investisiyaların və zəmanətlərin verilməsində və ticarətinmaliyyələşdirilməsində iştirak edir.

Seçilən
9
9
az.trend.az

10Mənbələr