Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgülün 99 yaşlı anası Faike Bazencir vəfat edib.
Bizim.Media xəbər verir ki, aylar əvvəl sənətçi anasının “Alzheimer” xəstəsi olduğunu açıqlamışdı.
Kırmızıgül anasının xəstəliyindən danışarkən "Ən böyük ürək ağrımdır.
Səni dünyaya gətirən ana bir gün uşaq olacaq”demişdi.
Faike Bazencir iki ildir evdə müalicə alırdı.
1998-ci ildə Mahsun Kırmızıgül "Yıxılmadım" mahnısına çəkdirdiyi klipdə anası Faike Başkacir ilə kamera qarşısına keçib.
Sənətçinin sabah baş tutacaq konsert proqramını ləğv etdiyi bildirilib.
Bizim.Media