AZ

"Azercell Telekom" cərimələnə bilər

"Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə oluna bilər. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol irəli sürülüb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola əsasən vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

İş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

Sadiq İsbəndərli

Seçilən
35
25
valyuta.az

10Mənbələr