Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün Qətərə işgüzar səfərə gəlib, burada Doha Forumu konfransının panel sessiyasında iştirak edəcək və ölkə rəhbərliyi ilə görüşəcək.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün axşam saatlarında Qətərə işgüzar səfərə gəlib.
Sputnik Qazaxıstan xəbər verir ki, Tokayevin sabah Doha Forumu konfransının panel sessiyasında iştirak edəcəyi gözlənilir.
Qazaxıstan Prezidenti forum çərçivəsində Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və bir sıra şirkətlərin rəhbərləri ilə də görüşlər keçirəcək.
Xatırladırıq ki, dekabrın 7-8-də Qətərin paytaxtında “Sheraton Grand Doha Resort & Convention Hotel”də “Doha Forum 2024” beynəlxalq siyasi forumu keçiriləcək.
Forum iştirakçıları beynəlxalq təhlükəsizlik, enerji keçidi və davamlı iqtisadi inkişafla bağlı problemlərin geniş spektrini müzakirə edəcəklər. Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, o cümlədən hökumətin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani orada çıxış edəcək.