AZ

Əsəd rejiminə 24 saat vaxtVERİLDİ

Suriyanın Dürzi icmasının sıx yaşadığı Suveyda şəhərində yerli silahlı qruplar, Əsəd rejiminin qüvvələrinə şəhərdən çıxmaları üçün 24 saat vaxt verib.

Redaktor.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, Suveyda şəhərində yerli qrupların nümayəndələri ilə rejim heyəti arasında görüş keçirilib.

Görüş zamanı yerli qruplar rejimdən əyalət boyu qüvvələrini geri çəkməyi tələb edib. Silahlı qruplar qarşıdurma istəmədiklərini bildirərək rejimə xəbərdarlıq edib və 24 saat vaxt veriblər.

Həmçinin Suveyda Polis İdarəsi binasının yerli qruplar tərəfindən nəzarət altına alındığı qeyd olunub. Bu silahlı qrupların digər müxalif hərbi qruplarla birbaşa əlaqəsi olmadığı bildirilir. Bir ildən artıqdır ki, Suveyda sakinləri rejim əleyhinə etiraz aksiyaları keçirir və aksiyalarda müxalifətin "inqilab bayrağı" nümayiş etdirilir.

Seymur BƏNNAYEV 

Seçilən
36
redaktor.az

1Mənbələr