Suriyada Əsədə qarşı silahlı hucuma rəhbərlik edən “Heyət Təhrir Əl-Şam” (HTS) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culani ilk dəfə CNN-ə müsahibə verib.
Azpost.info bildirir ki, CNN-ə eksklüziv müsahibəsində Culani bildirib ki, əsas hədəfləri Bəşər Əsəd rejimini devirməkdir.
o, Suriyada institutlara əsaslanan hökumət və “xalq tərəfindən seçilən şura” yaratmaq planlarını açıqlayıb.
“İnqilabın məqsədi bu rejimin devrilməsi olaraq qalır. Bu məqsədə çatmaq üçün bütün mümkün vasitələrdən istifadə etmək hüququmuz var”, – deyə Culani bildirib.
“Rejimin məğlubiyyətinin toxumları həmişə onun içində olub… İranlılar vaxt udaraq rejimi dirçəltməyə çalışdılar, sonra ruslar da ona dəstək verməyə çalışdılar. Amma həqiqət qalır: bu rejim ölüb”-deyə Culani vurğulayıb..
Onun sözlərinə görə, yaraqlıların məqsədi Bəşər Əsədi devirmək və “institut əsaslı hökumət və xalq şurası” ilə “yeni Suriya qurmaq”dır.
Culani “Əl-Qaidə” ilə əlaqələrini inkar etməyə çalışıb. O, həmçinin əlavə edib ki, Dəməşq hökuməti yıxılarsa, bütün əcnəbi qoşunlar Suriya ərazisini tərk etməlidir, çünki buna artıq ehtiyac qalmayacaq.
Müsahibədə o, özünü əsl adı ilə – Əhməd əl-Şaraa təqdim edib.