Qazaxıstan qış turizmini inkişaf etdirməyi qarşıya məqsəd qoyub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə 2025-ci ildə Almatıda dağ və şəhər infrastrukturunun inkişafına 697,4 mln tenge ayrılacaq.
Plana naviqasiya vasitələri ilə 10 dağ marşrutunun yaradılması, çətin gedilən yerlərdə günəş panelləri ilə təchiz olunmuş 3 kempinq zonasının yaradılması, “Alma-Arasan” istilik mənbəyinin yenidən qurulması, turizm obyektlərinin toxunma maketlərinin hazırlanması daxildir.
Bu tədbirlər Almatı şəhərinin unikallığını, onun mədəni və təbii görməli yerlərini, eləcə də turizm məhsullarının müxtəlifliyini göstərir.
Xatırladaq ki, 2024-cü ildə Almatı şəhərinin turizm departamenti 10 dağ marşrutunun abadlaşdırılması işlərini yekunlaşdırıb.
Dağ cığırları boyunca 367 məlumat nişanı, 15 besedka, 66 oturacaq, 6 istirahət meydançası, 4 körpü quraşdırılıb.
Mehman Mehdiyev