AZ

AFİ ilə müqaviləsini yeniləyə bilər

Yulian Naqelsmannın hazırkı iş yerində daha uzun müddət işləmək şansı var.

Almaniya Futbol İttifaqının (AFİ) rəhbərliyi milli komandanın baş məşqçisi ilə müqaviləni yeniləməyi planlaşdırır. “Bild” qəzetinin yazdığına görə, tərəflər artıq bu mövzuda danışıqlara başlayıb. AFİ Naqelsmann ilə əməkdaşlığın müddətini 2028-ci ilin yayına qədər uzatmaqda maraqlıdı. Deyilənə görə, gənc mütəxəssis də bu varianta razıdı.

Naqelasmann bundestimi 2023-cü ildən çalışdırır. 37 yaşlı mütəxəssis əvvəllər “Hoffenhaym”, “Leyptsiq” və “Bavariya”ya başçılıq edib.

Seçilən
32
football-plus.az

1Mənbələr