Almaniya 2-ci Bundesliqasında 15-ci turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Nürnberq" də növbəti matçına çıxıb.
Komanda "Elversberq"in qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
Həmyerlimiz görüşə start heyətində çıxıb və 90 dəqiqə meydanda olub. O, 52-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Nürnberq" 19 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Qurbanov oğlunu "Neftçi"yə göndərəcək? - Özəl
Belajdi Pusi: "Bəzi məqamlarda diqqətimiz yayındı" - Müsahibə
“Sumqayıt” – “Neftçi” matçının hakimləri bəlli olub
U-19 yığmamızın rəqibləri müəyyənləşib
İmaməddin Xəlilov: "Bəzi hisslər var ki, onları ifadə etmək olmur"