Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" bu gün Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda 15-ci turda "Elfersberq"in qonağı olub.
Emreli əvvəlki oyunlarda olduğu kimi, əsas heyətdə yer alı və sonadək oynayıb. 52-ci dəqiqədə Emreli sarı vərəqə alıb. Bu, onun 2-ci bundesliqada bu mövsüm 2-ci "sarı"sıdır.
Oyun isə 2:1 hesabı ilə meydan sahiblərinin qəkəbəsi ilə yekunlaşıb. Hesabı 14-cü dəqiqədə "Nürnberq" açsa da (Kastrop, 14--cü dəq), sonradan "Elfersberq" 2 qol vura bilib (Simmerşid, 44, Damar, 53).
Qeyd edək ki, "Nürnberq" hazırda 19 xalla 12-ci yerdədir. "Elfersberq" isə 25 xalla 2-cı pilləyə yüksəlib (bu saata olan nəticəyə görə)..
Xatırladaq ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə keçirdiyi 11 oyunda 4 qol vurub, 1 qolun ötürməsini edib.