AZ

Narkotik satan mağaza sahibləri cəzalandırılıb



Qazaxıstanın paytaxtı Astanada narkotik satan mağaza sahibləri cəzalandırılıb

Newscenter.az-ın məlumatına görə, paytaxt administrasiyasının rəsmi saytı xəbər verir ki, Astananın Nura rayonunda keçirilən reyd zamanı mağaza sahiblərinin nasıbai və snus satdıqları aşkarlanıb.

Polis əməkdaşları ümumi dəyəri 25 min təngə olan 40 qutu nasıbai və 20 qutu snus müsadirə ediblər. Mağaza sahibləri Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək 92 300 tenge məbləğində cərimə olunublar.

Mehman Mehdiyev
Seçilən
47
newscenter.az

1Mənbələr