ABŞ-ın federal məhkəməsi Çinin sosial media platforması TikTok-un qadağan olunmasına səbəb ola biləcək qərarı qəbul edib. Metbuat.az xəbər verir ki, Kolumbiya Dairə Apellyasiya Məhkəməsi TikTok-la bağlı iddiaya dair belə qərar çıxarıb. Üç hakimdən ibarət Apellyasiya Məhkəməsi heyəti TikTok-un Çin sosial media tətbiqinin və bloklanmasını tələb edən qanunun lehinə səs verib. Məhkəmə TikTok-un ABŞ istifadəçilərinin məlumatlarını topladığı səbəbiylə belə qərar qəbul edib. Məhkəmə heyəti TikTok-un Amerika Konstitusiyasının 1-ci maddəsindəki ifadə azadlığına və ABŞ-ın açıq internet siyasətinə zidd olduğunu iddia edib. Qərarda TikTok-un ləğv edilməsi lazım olduğu, əks halda ABŞ-da istifadə edilə bilməyəcəyi qeyd edilib.