“Bayern”in rəhbəri Herbert Hayner komandanın cari mövsümün böyük matçlarında çox da yaxşı olmayan nəticələrindən danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun prezidenti Dortmundda gözəl oyun keçirdiklərini bildirib:
“Əsas matçlarda uğursuz nəticələr? Mən buna belə baxmaq istəmirəm.
Dortmundda gözəl oyun keçirdik, hər iki dəfə “Bayer”lə oyunda olduğu kimi, PSJ-ni məğlub etdik və “Ştutqart”a 4:0 hesabı ilə qalib gəldik.
Böyük adlanan oyunlar da daxil olmaqla, daha çox qələbələrimiz olacaq. Mövsümün əsas dövrü olan yaza güc saxlamalıyıq”.
Vensan Kompaninin komandası bu yaxınlarda Almaniya kubokunda 17-ci dəqiqədən azlıqda oynayaraq, evdə “Bayer”ə uduzdu (0:1).
Münhenlilər daha əvvəl Çempionlar Liqasında “Barselona”ya (1:4) və “Aston Villa”ya (0:1) məğlub olub, həmçinin Bundesliqada Dortmund “Borussiya”sı və “Bayer”lə xalları bölüşüb (hər iki halda 1:1).