Abşeron rayonunun Hökməli qəsəbəsində vətəndaşlar antisanitariya vəziyyətindən şikayətçidirlər.
seher.media Baku.ws-ə istinadən xəbər verir ki, məktəbin yanındakı ərazi zibilxanaya çevrilib.
Ətrafda yaşayan insanlar və ərazidən keçənlər üfunət içərisində boğulurlar. Hətta əraziyə heyvan cəsədləri də atırlar.
"Gecələr buradan keçmək mümkün deyil. İtlər adamın üstünə cumur. Yağış yağanda ərazi biabırçı vəziyyətə düşür. Bu istiqamətə nə taksilər gəlir, nə də təcili yardım. Deyirlər ki, biz zibilxanaya girmirik", - deyə şikayətçi bildirib.
Dəfələrlə aidiyyati orqanlara şikayət olunsa da, heç bir tədbir görülməyib.
Həmin görüntüləri təqdim edirik: