AZ

Qadına şiddətlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb

Almaniya Bundestaqının dekabrın 6-da keçirilən iclasında qadına şiddətə qarşı mübarizənin sərtləşdirilməsinə dair qanun layihəsi müzakirəyə çıxarılıb. SİA yerli mediaya istinadla xəbər verir ki, hökumətdə təmsil olunan Sosial Demokrat Partiya (SPD) və Yaşıllar Partiyası tərəfindən irəli sürülən qanun layihəsində cinsiyyətə əsaslanan və ailədaxili şiddətə məruz qalan qadınların qorunması, yardım ala bilmələri üçün 2030-cu ilədək onlara bəzi hüquqların verilməsi nəzərdə tutulur. Bunun üçün mövcud yardım paketinin genişləndirilməsi, qadın sığınacaqlarının və dəstək mərkəzlərinin sayının artırılması əksini tapıb. Layihədə əyalətlərin və bələdiyyələrin qadınların qorunması istiqamətində xidmətlərinin artırılması və imkanlarının genişləndirilməsi üçün 2,2 milyard avroluq büdcənin ayrılması nəzərdə tutulur.

Parlamentdə aparılan müzakirələrdə Almaniyanın ailə, yaşlı, qadın və gənclər naziri Liza Paus çıxışında son illərdə qadınlara qarşı bütün sahələrdə şiddət hallarının sayının artdığını, onların qorunması üçün təxirəsalınmaz addımların atılmasının vacibliyini diqqətə çatdırıb.

Qanun layihəsinin parlamentdə qəbul edilməsi üçün müxalifət partiyalarının da dəstəyinə ehtiyac var. Lakin bu dəstəyin verilməsi ehtimalı çox azdır. Müzakirələrdə SPD və Yaşıllar partiyaları barədə fevralın 23-də keçiriləcək parlament seçkilərində dəstək qazanmaq üçün qadına şiddətə qarşı mübarizədən təbliğat məqsədilə istifadə etməyə çalışmaqla bağlı tənqidlər səsləndirilib. Bundan başqa, Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı, Azad Demokratik Partiya (FDP) və Sol Partiyanın fraksiyaları öz təkliflərini təqdim ediblər.

Federal Polis Təşkilatının noyabrda açıqladığı hesabatda Almaniyada qadınlara qarşı şiddətin bütün sahələrdə artdığı, təkcə 2023-cü ildə 360 qadın və qızın müxtəlif səbəblərdən törədilən cinayətlərin qurbanı olduğu əksini tapıb

Seçilən
67
sia.az

1Mənbələr