AZ

Süni intellekt avtomobillərə gəlir: Sürücüsüz maşınlar

Hər ilin sonuna qədər “Tesla” avtomobillərinin tam avtonom idarə edilməsinə nail olacağına söz vermək şirkətin rəhbəri İlon Mask üçün xoşagəlməz bir ənənəyə çevrilib. Çünki o, bu vədini müntəzəm olaraq pozur.

Bununla belə, “Tesla” bu istiqamətdə irəliləyir və FSD v12 proqram təminatının sınaq versiyası artıq şirkət əməkdaşlarının ixtiyarına verilib ki, bu da mühüm yenilikdir. Hazırda avtomobilə nəzarət demək olar ki, tamamilə neyron şəbəkələrə həvalə olunub.

İndiyədək real insanlar obyektlərin tanınmasına cavabdeh idilər. Onlar həmçinin müəyyən vəziyyətlərdə avtomobilin davranışı üçün alqoritmləri kodlaşdırırdılar. Lakin indi, FSD v12 yeniləməsi sayəsində sürücüyə yardım sistemləri aktiv olduqda, neyron şəbəkələri elektromobilə nəzarəti öz üzərinə götürəcək.

Onlar özləri toplanmış təcrübəyə və “Tesla”nın uzun illər ərzində yığdığı geniş məlumat bazasına güvənərək, istifadə olunan bütün elektrik nəqliyyat vasitələrinin bort kameralarından videoları emal edəcək, təsvirin tanınması əsasında özləri qərar verəcəklər.

Yeniliyin bu ilin sonuna qədər tətbiqi mümkündür. Bu hadisə “tam müstəqil avtopilotun” buraxılışına bərabər olmasa da, müəyyən dərəcədə onu yaxınlaşdıracaq.

Mənbə: 3dnews.ru

Seçilən
160
13
Mənbələr
Şərh ()
Bağla