AZ

Dəmir yolunu keçən piyadanı qatar vurdu

Astarada piyadanı qatar vurub.

Publika.az xəbər verir ki, hadisə rayonun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Belə ki, rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xəttini keçmək istəyərkən qatar onu ovurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyada ayaqlarından ağır travma aldığı üçün təcili əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
12
13
publika.az

10Mənbələr