Bakı. Trend:
Azərbaycan və Özbəkistan arasında regional maliyyə mərkəzininyaradılması maliyyə əməliyyatlarını sürətləndirəcək və turizmininkişafına təkan verəcək.
Bu barədə Trend-ə“KapitalBank Özbəkistan”ın biznesin texnoloji dəstək idarəsininrəhbəri Denis Kohaev VIII Beynəlxalq Bankçılıq Forumununkuluarlarında məlumat verib.
“Azərbaycanla aramızda xüsusilə isti və qardaşlıq münasibətlərivar. Xalqlarımız iqtisadiyyat, mədəniyyət və siyasət daxil olmaqla,müxtəlif sahələrdə bir-birini dəstəkləyir. Qarşılıqlı yardım yalnızxalq diplomatiyası səviyyəsində deyil, həm də ölkələrimizinrəhbərləri arasındakı münasibətlərdə özünü göstərir. Liderlərqarşılıqlı hörmət və dostluq ruhunda ünsiyyət qururlar ki, bu daəməkdaşlığın daha da güclənməsinə kömək edir. Qarşılıqlı əlaqəninəsas istiqamətlərindən biri Azərbaycanla birgə regional maliyyəmərkəzinin yaradılması məsələsinin müzakirəsidir. Bu layihə hazırdadövlət başçıları səviyyəsində danışıqlar mərhələsindədir və böyükəhəmiyyət kəsb edir.
Bizim bank bu danışıqlarda iştirak etməsə də, əminəm ki, beləbir mərkəz hər iki ölkənin bank sektorunun inkişafına ciddi təsirgöstərəcək. Bu, maliyyə əməliyyatlarını sadələşdirəcək vəsürətləndirəcək, müştərilər üçün daha rahat və əlçatan edəcək.Maliyyə üstünlükləri ilə yanaşı, layihə turizmin inkişafına datöhfə verə bilər. Özbəkistan və Azərbaycan zəngin tarixi irsə vəunikal görməli yerlərə malik ölkələrdir. Məsələn, Özbəkistanınqədim şəhərləri – Səmərqənd, Buxara, Xivə və Ürgənc hər il dünyanınmüxtəlif yerlərindən çoxsayda səyahətçini cəlb edir. Maliyyəmərkəzinin yaradılması təkcə iqtisadi əlaqələrimöhkəmləndirməyəcək, həm də xalqlarımız arasında mədəni və turizməlaqələrini gücləndirəcək. Əminəm ki, turizmin və iki ölkəarasındakı əməkdaşlığın daha da inkişafı hər iki tərəf üçün böyükfaydalar gətirəcək mühüm və perspektivli bir vəzifədir”, – deyə obildirib.
Qeyd edək ki, daha əvvəl məlumatlı mənbə Trend-ə bildirib ki,Azərbaycan və Özbəkistan regional maliyyə mərkəzinin yaradılmasıimkanlarını araşdırır.