Suriyanın İordaniya ilə sərhədində yerləşən Dera əyalətinin mərkəzi müxalif qruplaşmanın nəzarətinə keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Anadolu Ajansı məlumat yayıb.
Sözügedən bölgə 2012-2018-ci illərdə müxalifətin nəzarətində olub.
Lakin, daha sonra ordu Bəşər Əsədin göstərişi ilə 2018-ci ilin iyul ayında qurudan hücum edərək əyalətə daxil olub və idarəetməni bərpa edib.
Xatırladaq ki, Dera vilayəti 2011-ci ildə Əsəd rejiminə qarşı xalqın azadlıq hərəkatına başladığı ilk bölgələrdən olub.
Müəllif: Ceyhun Ağazadə