AZ

Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı - Sahibə Qafarova

Bakı. Trend:

Parlamentlərimizin bugünkü fəaliyyətinə ölkələrimizdə uzun illərərzində formalaşmış parlamentarizm ənənələrinin və təcrübələrinintəsiri olduqca böyükdür. Azərbaycanda mövcud olan parlamentarizmənənələrindən danışarkən 1918-ci ildə yaradılmış Azərbaycan XalqCümhuriyyəti parlamentinin fəaliyyətini xüsusi qeyd etmək istərdim.Bu mənada konfransımızın məhz bu gün keçirilməsi heç də təsadüfideyil. Belə ki, Azərbaycan parlamentinin ilk iclası məhz dekabrın7-də keçirilib.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıdakeçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusundaBeynəlxalq Parlament Konfransında deyib.

Sədr bildirib ki, bütün müsəlman Şərqində o dövrün ən mütərəqqidemokratik prinsipləri əsasında formalaşdırılmış ilk qanunvericiorqan olan Azərbaycan parlamenti fəaliyyəti zamanı millidövlətçiliyin və müstəqilliyin möhkəmləndirilməsi, siyasi,iqtisadi, mədəni, elmi və digər sahələrdə hüquqi bazanınyaradılması istiqamətində mühüm addımlar atıb.

“Həmin parlament cəmi 17 ay fəaliyyət göstərdi. Bununla belə, 11müxtəlif partiyanın təmsil olunduğu 99 üzvü olan parlament həmindövrdə 145 iclas keçirib, 270-dən artıq qanun layihəsini müzakirəyəçıxarıb, 230-a yaxın qanun qəbul edilib. 1920-ci ilin aprelindəAzərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması nəticəsindəparlament də fəaliyyətini dayandırdı. Azərbaycanda sovethakimiyyəti illərində parlament məhdud səlahiyyətlərə malik idi vəbununla belə formal xarakter daşımasına baxmayaraq, parlamentinhəmin dövrdəki fəaliyyəti parlamentarizm ənənələrinin qorunubsaxlanması baxımından faydalı olub. Azərbaycanın 1991-ci ildəmüstəqilliyini bərpa etməsi isə parlamentimizin tarixində yenidövrün başlanması ilə yadda qaldı”, - deyə o əlavə edib.

Məqalədə:
Seçilən
18
6
az.trend.az

7Mənbələr