AZ

"Ukrayna bir anda bu 5 şəhəri itirə bilər, vəziyyət kritikdir" - Yeqor Firdovs

"Donetsk vilayətində - Çasov Yar, Mirnoqrad, Pokrovsk, Kuraxovo və Toretskdə vəziyyət kritikdir. Bir anda bu şəhələri geosiyasi baxımdan itirmək ehtimalımız var. Brüssel bu qorxunc mənzərəni görmür, amma bu, bizim üçün vacibdir. Çünki bu şəhərləri və mövqeləri müdafiə edərkən nə qədər pilotsuz təyyarə, pul və ən əsası qanımızı, canımızı itirdiyimizi bilirsiniz”.

"AzPolitika" xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin 109-cu batalyonunun hərbçisi, keçmiş deputat Yeqor Firsov deyib.

“Məncə, bu, bir növ hərtərəfli əməliyyatdır.Yəni, düşmən bütün qüvvələrini bu istiqamətlərə yönəldir. Ruslar öz strategiyalarını dəyişiblər. Artıq qüvvələrini bütünlüklə hər tərəfə yaymırlar. Ancaq uğur qazanmaq istədikləri yerə cəmləyirlər", - Firsov bildirib.

 "AzPolitika.info"

Seçilən
21
1
azpolitika.info

2Mənbələr