AZ

Qatar yoluna qəfil çıxdı, ağır yaralandı - Yenilənib

Astarada piyadanı qatar vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qamışoba kəndində, dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Belə ki, rayonun Şahağacı kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəm Ağaboli oğlu Quliyev dəmir yolu xəttini keçmək istəyərkən qatar onu vurub.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyada ayaqlarından ağır travma aldığı üçün təcili əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.

***

M.Quliyevin bir ayağının barmaqları, digər ayağının topuqdan aşağı hissəsi amputasiya olunub.

Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

***

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, bu gün saat 02:15 radələrində Astara–Qamışlıq sahəsində qatar hərəkətdə olarkən orta yaşlı kişi qəfil qatarın yoluna çıxıb.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub.

“İlkin məlumata görə, xəsarət almış şəxs xəstəxanaya yerləşdirilib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır. Unutmayın ki, yol həmişə qatarındır”, - məlumatda qeyd olunub.

Surxay Şahbazov

Seçilən
37
12
qafqazinfo.az

10Mənbələr