AZ

Dünyanın gözü DOHADA! - Liderlər bir araya gəlir

Türkiyə Xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər Naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Taninin dəvəti ilə dekabrın 7-8-də Qətərin paytaxtı Dohada keçiriləcək 22-ci Doha Forumunda iştirak edəcək.

Turkustan.az xəbər verir ki, forum çərçivəsində sabah Rusiya Federasiyası və İran XİN rəhbərlərinin iştirakı ilə Astana formatında XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.

Anadolu Agentliyinin (AA) Qlobal Kommunikasiya Partnyoru olduğu Doha Forum 2024 bu gün Qətərin paytaxtı Dohada başlayacaq.
Dünyanın hər yerindən bir çox yüksək səviyyəli iştirakçıların məruzəçi və panelist kimi iştirak edəcəyi Forum dekabrın 7-8-də Dohada keçiriləcək.

AA-nın Qlobal Kommunikasiya Partnyoru olduğu Forumun mövzusu “İnnovasiyaya ehtiyac” olaraq müəyyən edilib.

Dünya liderləri, siyasətçiləri və ekspertləri Forumda geosiyasi gərginlik, qlobal təhlükəsizlik, humanitar böhranlar və texnoloji inkişafları müzakirə etmək üçün bir araya gələcəklər.

“Diplomatiya, dialoq, müxtəliflik” adı altında təşkil edilən Doha Forumu maraqlı tərəflərin bir araya gəlməsi, fikir mübadiləsi aparması və dünyada baş verən böhranlara qarşı həll yolları təklif etməsi üçün mühit təmin etmək məqsədi daşıyır.

Bildirək ki, Doha Forum 2023-də 120 ölkədən 3500 qonaq və 270 məruzəçi iştirak edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
42
turkustan.az

1Mənbələr