Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı azərbaycanlı fəallara qarşı ağır və ədalətsiz hökmlərin verilməsinə etiraz olaraq imzatoplama kampaniyasına başlayıb. Tribunainfo.az xəbər verir ki, bu barədə Araznews.org saytı məlumat yayıb.
Məlumatda deyilir ki, həmin imzalar toplanıldıqdan sonra BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinə və digər beynəlxalq təşkilatlara təqdim olunacaq.
Qeyd edək ki, hazırda İran həbsxanalarında ağır cəza almış Güney Azərbaycan fəallarının sayı yüzdən çoxdur.