AZ

Azərbaycan parlamenti heç də sadə olmayan yol keçib - İlyas Umaxanov

Azərbaycan parlamenti heç də sadə olmayan bir yol keçib. Ölkənin, parlamentin tarixində ən mühüm dönüş nöqtəsi isə Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi olub. Məhz həmin anda Azərbaycanda gələcək sosial-iqtisadi sürətli inkişafın əsası qoyulub.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsi sədrinin birinci müavini İlyas Umaxanov dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

“Bu ilin sentyabrında Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün suveren ərazisində növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilər ümumilikdə tanınmış demokratik prinsiplərə uyğun olaraq keçirilib və sərbəst şəkildə iradə ifadə olunmaqla, insanlar öz səslərini verərək, yeni tərkibdə parlamenti seçiblər. Fürsətdən istifadə edərək, bütün parlament üzvlərini təbrik etmək istəyirəm”, - deyə o əlavə edib.

Seçilən
21
1
modern.az

2Mənbələr