AZ

Müxalif qüvvələr Suriyada daha bir bölgəni ələ keçirib

Suriyanın cənubunda yerləşən Suveyda əyalət mərkəzi müxaliflərin nəzarətinə keçib.

Yerli mənbələrdən əldə edilən məlumata görə, ölkənin cənubunda əhalisinin əksəriyyətini druzların təşkil etdiyi Süveyda vilayətində müxalif yerli qruplar əyalət mərkəzinə giriblər.

Suveydadan olan müxaliflər dünən rejim qüvvələri ilə görüşərkən rejimdən qüvvələrini vilayətdən çəkməyi xahiş ediblər. Qruplar rejim qüvvələrinə şəhəri tərk etmələri üçün 24 saat vaxt vermişdilər.

Qeyd edək ki, noyabrın 27-də Suriyanın şimalında Hələb vilayətinin qərbində Əsəd rejimi qüvvələri ilə rejim əleyhinə silahlı qruplar arasında qarşıdurma başlayıb. Noyabrın 30-da Hələbin mərkəzinin çox hissəsini rejim güclərindən alan rejim əleyhdarı qruplar eyni gündə bütün İdlibdə nəzarəti ələ keçirib. Qruplar dekabrın 5-də şiddətli toqquşmalardan sonra Həma şəhərinin mərkəzini rejim güclərindən ələ keçirib. Rejim əleyhdarı qruplar paytaxt Dəməşqə açılan strateji əhəmiyyətli Homs vilayətində bəzi yaşayış məntəqələrini ələ keçirərək irəliləməyə başlayıb.

"AzPolitika.info"

Seçilən
36
50
azpolitika.info

10Mənbələr