Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 41 ölkədən 24 498hava nəqliyyatı üzrə uçuş həyata keçirilib.
Bu barədə Trend Dövlət Turizm Agentliyinə istinadən xəbərverir.
Hesabat dövründə uçuşların sayı ötən ilin eyni dövrü iləmüqayisədə 6 ölkə və 3 767 aviareys (18,2%) çoxdur.
Belə ki, ötən ilin ilk 11 ayında Azərbaycana 35 ölkədən 20 727aviareys təşkil olunmuşdu.
Hesabat dövründə Azərbaycana ən çox Rusiyadan uçuş həyatakeçirilib.
Belə ki, dövr ərzində Rusiyadan 7 157 reys həyata keçirilib ki,bu da 1 il əvvələ nisbətən 755 aviareys (11,8%) çoxdur.
Siyahıda növbəti pillədə Türkiyə qərarlaşıb.
Belə ki, bu ölkədən Azərbaycana 5 365 uçuş olub. Bu isə əvvəlkiilin ilk 11 ayı ilə müqayisədə 194 aviareys (3,8%) çoxdur.
Hesabat dövründə Azərbaycana ən çox hava nəqliyyatı üzrə uçuşhəyata keçirən ölkələrin siyahısında 3-cü pillədə Birləşmiş ƏrəbƏmirlikləri 2 942 aviareyslə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)qərarlaşıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 771aviareys (35,5%) çoxdur.
Bu dövrdə Gürcüstandan Azərbaycana 1846, Qazaxıstandan isə 808avirayes təşkil edilib. Bu güstəricilər ötən ilin eyni dövrü iləmüqayisədə müvafiq olaraq 349 aviareys (23,3%) və 62 aviareys(8,3%) çoxdur.
Yalnız noyabrda isə Azərbaycana 2052 hava nəqliyyatı üzrə uçuşhəyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 120aviareys (6,2%) çoxdur.