AZ

Gürcüstanla vizasız rejimin dayandırılması müzakirə olunur – Avropa Komissiyası

Gürcüstanda son hadisələri nəzərə alaraq, müəyyən kateqoriyadan olan şəxslər üçün vizasız rejimin dayandırılması mexanizminin mümkün tətbiqi ilə bağlı müzakirələr aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının hesabatında deyilir.

Sənəddə bildirilib ki, Gürcüstan komissiyanın tövsiyələrini yerinə yetirmək üçün növbəti təcili tədbirlər görməlidir.
Komissiyanın əsas tövsiyələrinə sərbəst toplaşmaq azadlığı da daxil olmaqla Gürcüstanın bütün vətəndaşlarının əsas hüquqlarının təminatı və müdafiəsi, əsas hüquq və azadlıqları məhdudlaşdıra bilən istənilən qanunvericiliyin ləğvi, korrupsiya ilə mübarizə üzrə yeni strategiya və fəaliyyət planının qəbulu daxildir.

Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim 2017-ci ilin martın 28-də qüvvəyə minib.


Müəllif: Cəmilə Babayeva
Seçilən
22
teleqraf.com

1Mənbələr