“Komandama güvənirəm. Hər oyuna qələbə üçün çıxırıq”.
İdman.biz xəbər verir ki, bunu “Lənkəran”ın basketbolçusu Rəşid Abbasov klubun mətbuat xidmətinə deyib.
Kapitan son turda “Ordu”ya 55:92 hesabı ilə uduzduqları oyundan sonra komandada olan abu-havadan danışıb. O bildirib ki, “Şəki”yə qarşı keçirəcəkləri matçda məqsədləri yalnız qələbədir: “Ordu”ya məğlub olmağımız qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün daha çox səbəb yaratdı. Heç bir məğlubiyyət komandamızın abu-havasına geniş miqyasda təsir edə bilməz. Həmişəki kimi mübarizəmizi davam etdirməyə hazırıq. “Şəki” ilə oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq”.
Abbasov əsas basketbolçuları Qreqory Miltonun komandadan getməsinin onların oyununa təsirindən də danışıb: “Əsas oyunçularımızdan olan Qreqory Miltonu itirdik. Lakin bunun komandaya çox da təsiri olmadı və əvvəlki kimi məşqlərə davam edirik. Məşqçimiz onu əvəz edəcək basketbolçu axtarır. Hər bir oyunçu statusundan asılı olmayaraq komanda üçün əlindən gələni edir”.
Qeyd edək ki, sabah “Lənkəran” V turun bağlanış matçında “Şəki”nin qonağı olacaq. Matç saat 14:00-da başlayacaq.
İdman.biz