AZ

"Küçədə gedəndə arxamızca söz atan olmayıb" - Aktyorlar arasında "söz atışması"

Əməkdar artist Coşqun Rəhimova həmkarı Tahir İmanovun onların qadın obrazlarını tənqid etməsinə münasibət bildirib.

"Bu şəhərdə"nin aktyoru bu haqda "Künc-bucaq" yutub layihəsində danışıb. O bildirib ki, bütün tənqidlərə açıqdır:

"Sübut etməyə də hazıram. "Bu şəhərdə" adından göründüyü kimi 2 aktyorun teatrıdır. Bütün obrazları oynamaq bizim öhdəmizə düşür. Deyərdim ki, bizim teatrımız Azərbaycanda bir yenilikdir. Artıq 25-ci ilə gedirik, hələ də sevilirik, qəbul olunuruq. Küçədə gedəndə arxamızca söz atan olmayıb. Bizi hər zaman hamı hörmətlə qarşılayır.

O ki qaldı sənət baxımından söhbətin qadın obrazlarından getməsinə, əgər bunu oynaya bilirsənsə, meydan açıqdır. Əgər o obrazı təpədən dırnağa kimi qadın kimi təqdim edə biləcəksənsə, meydan açıqdır. O tənqidlərə mənim heç bir cavabım yoxdur. Tamaşaçı fərqlidir və bizim tamaşaçımız daha çoxdur. Bizə dəyər verən və dəstəkləyən tamaşaçımız çoxdur"(Axsam.az) 

MİA.AZ

Seçilən
25
mia.az

1Mənbələr