AZ

İraq türkmənlərinin nümayəndəsi: "Qarabağ zəfəri bütün xalqlara ümid oldu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İraq türkmənlərinin nümayəndəsi olaraq, Azərbaycan Milli Məclisinin 106-cı ildönümü münasibətilə burada olmaqdan qürur duyuram. Bu mənalı və əhəmiyyətli günün həm Azərbaycan xalqına, həm də türk dünyasına uğurlu olmasını diləyirəm".
Oxu.Az xəbər verir ki, bunu İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əs-Salihi Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.
O bildirib ki, Azərbaycan 2020-ci ildə əldə etdiyi Qarabağ zəfəri ilə bütün dünyaya yalnız öz gücünü göstərmədi, eyni zamanda, yurd-yuvasından qovulan bütün xalqlara ümid oldu:
"Ona görə də Qarabağ zəfəri tarix kitablarında və hərbi dərsliklərdə yeni səhifə açdı. Bu da bizi çox sevindirir. Çünki İraq türkmənləri kürəyini hər zaman iki türk dövlətinə - vətən Azərbaycan və Türkiyəyə söykəyiblər. Fürsətdən istifadə edib, İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edirəm".
Mərahim Nəsib
Seçilən
21
50
oxu.az

10Mənbələr