AZ

Gürcüstanda etirazçılara çevik polis müdaxiləsi: Prezident Zurabişvili polisi ittiham etdi

Gürcüstanın paytaxtı Tbilisidə davam edən nümayişlər zamanı polislə nümayişçilər arasında dava düşüb və çevik polis qrupları etirazçılara müdaxilə edib.
Sitat.info xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ölkənin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına qarşı nümayişlər 9-cu gündür ki, davam edir.

Dünən axşam saatlarında Tbilisidə parlament binası qarşısına növbəti dəfə toplaşan minlərlə insan Kobaxidzenin qərarına reaksiya verməkdə davam edib.

Gecə yarısında polislə nümayişçilər arasında bir neçə dəfə insident baş verib, hadisə yerinə çevik qüvvət qrupları gətirilərək təzyiqli su, bibər qazı və gözyaşardıcı qazla nümayişçilərə müdaxilə edib.

Binanın qarşısından geri çəkilən fəallar polisə daş, butulka və digər pirotexniki vasitələr ataraq nümayişlərini davam etdiriblər.

Şota Rustaveli küçəsində bir neçə nöqtədə atəş yandıran nümayişçilər polisin müdaxiləsi ilə yerli vaxtla saat 03:00 radələrində dağılaraq küçədən geri çəkiliblər.

Bir neçə nəfərin saxlanılmasından sonra ərazidən uzaqlaşan nümayişçilər şəhərin müxtəlif küçələrində yürüşlərini davam etdiriblər.
Gürcüstan prezidenti Salome Zurabişvili X hesabında verdiyi açıqlamada polisi dinc nümayişçilərə müdaxilə etməkdə ittiham edib.

Zurabişvili iddia edib ki, hadisələrdə saxlanılanların insan hüquqları pozulub. Gürcüstanın ombudsmanı Levan İoseliani də prezident Zurabişvili kimi polis qruplarını dinc nümayişə müdaxilə etməkdə ittiham edib.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən yazılı açıqlamada nümayişçilərin polisə və parlament binasına tərəf pirotexniki və digər əşyalar atdıqları qeyd edilib.

Açıqlamada hadisələrdə bəzi polislərin yaralandığı bildirilib.

Məğrur,

Sitat.info

 

Seçilən
38
sitat.info

1Mənbələr