AZ

Murat Emir: Dünyada yaşanan təlatümlər dialoqun vacibliyini bir daha sübut edir

Qəlbləri bir olan ölkələrimizin həyata keçirəcəyi ortaq layihələrin bölgəni sülh, sabitlik və rifah məkanına çevirəcəyinə tam inanırıq.

“İki sahil” xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrupunun sədr müavini Murat Emir dekabrın 7-də keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

“Qafqazda sülhün qorunması hamımızı məmnun edir. Dünyada yaşanan təlatümlər dialoqun vacibliyini bir daha sübut edir. Rusiya və Ukrayna arasındakı müharibə Avrasiyada yükdaşımaları təxirə salıb. Eyni zamanda, Cənubda da təchizat zəncirinə mane olub. Məhz buna görə də Orta Dəhlizin - Tarixi İpək Yolunun canlandırılması böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Ceyhan dəmir yolu xətti daşımaların davamlı olmasına öz müsbət töhfəsini verir. Zəngəzur dəhlizinin açılması isə yeni imkanların yaranmasına şərait yaradacaq. Bu əməkdaşlıq şübhəsiz ki, təkcə iqtisadi əməkdaşlığın artmasına deyil, eyni zamanda, bölgəmizdə siyasi və mədəni əlaqələrin inkişafına da böyük töhfə verəcək”, - deyə o əlavə edib.

Seçilən
34
1
ikisahil.az

2Mənbələr