AZ

Azərbaycanda keçirilən konfrans ölkələr arasında münasibətlərin inkişafına töhfə verəcək - Savalan Mirzəyev

Bakı. Trend:

Azərbaycanda keçirilən “Parlamentarizm: ənənələr vəperspektivlər” mövzusunda beynəlxalq konfrans çox yüksək səviyyədətəşkil olunub.

Trend xəbərverir ki, bu barədə “Parlamentarizm: ənənələr və perspektivlər”mövzusunda beynəlxalq konfrans çərçivəsində Gürcüstan Parlamentininİnsan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin sədr müaviniSavalan Mirzəyev jurnalistlərə açıqlamasında deyib

O qeyd edib ki, bu konfrans ölkələr arasında münasibətlərininkişafına töhfə verəcək.

"Fürsətdən istifadə edib, ölkənizdə keçirilən növbədənkənarparlament seçkilərinə görə Azərbaycan xalqını təbrik edirəm.Düşünürəm ki, bu cür konfransların keçirilməsi Azərbaycanıninkişafına, qonşu ölkələrlə əlaqələrin inkişafına imkan verəcək", -deyə o əlavə edib.

O əlavə edib ki, Azərbaycan-Gürcüstan parlamentləri arasındamütəmadi şəkildə birgə layihələr həyata keçirilir, müzakirələraparılır.

Qeyd edək ki, konfransın gündəliyində parlamentlərin müasirqlobal proseslərdəki rolu, parlamentarizm ənənələrinin inkişafı,parlament diplomatiyasının təqdim etdiyi imkanlar və parlamentmüzakirələrindən doğan fikir mübadiləsinin qlobal çağırışlarınhəllinə töhfəsi ilə bağlı müzakirələr yer alır.

Konfrans çərçivəsində “Azərbaycan və Türkiyə parlamentlərininictimai diplomatiya nümunələri” mövzusunda dəyirmi masa təşkilediləcək. Həmçinin, tədbir iştirakçılarının işğaldan azad edilmişərazilərə səfərləri və həmin ərazilərdə aparılan tikinti və bərpaişləri ilə tanışlığı da nəzərdə tutulub.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

3Mənbələr