AZ

"Fransa kimi ölkələr İrəvanı silahlandırmamalıdır"

"İlk dəfədir ki, Azərbaycan Milli Məclisinə Türkiyədən bu qədər heyət gəlib. Beynəlxalq tədbirdir, vacib məsələlərin müzakirəsi aparılır" .

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanla olan münasibətlər inkişaf edir:

"Şuşa Bəyannaməsi ilə əlaqələr daha da artdı. Parlamentlərarası münasibətlər də vacibdir. Azərbaycan Milli Məclisində Cənubi Kipr dostluq qrupu yaradıldı. Buna görə İlham Əliyevə təşəkkür edirəm. Bu, Cənubi Kiprin gələcəkdə tanına bilməsi yönündə atılan addım idi. Azərbaycan İkinci Qarabağ müharibəsindən zəfərlə çıxıb. Azərbaycan hazırda sülh istəyir. Ermənistan Konstitusiyası dəyişməlidir və Minsk qrupu ləğv edilməlidir. Bildiyiniz kimi, onların konstitusiyasında Azərbaycan və Türkiyənin ərazi bütövlüyünə iddia var. Beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan arasında sülhə dəstək verməlidir. Fransa kimi ölkələr də İrəvanı silahlandırmamalıdır".


Müəllif: Məlik Məlikov
Seçilən
8
2
teleqraf.com

4Mənbələr