Suriyada hərbi rejimə qarşı çıxan müxalif silahlı qruplar ölkənin strateji baxımdan mühim əhəmiyyət kəsb edən bir çox bögəsini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, qruplaşma artıq Homs şəhərinin bir neçə addımlığındadır.
Üsyançılar orduya şəhəri tərk etməklə bağlı xəbərdarlıq edib.
Baş verənlərə münasibət bildirən BMT baş katibi Antonio Quterreş tərəfləri gərginliyi dayandırmağa və silahı yerə qoymağa çağırıb.
Suriya Prezidenti Bəşər Əsədə Rusiya tez və əhəmiyyətli hərbi dəstək verməsə, üsyançıların hücumuna tab gətirə bilməz.
Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın "Chatham House" analitik mərkəzinin eksperti Neil Quilliam deyib.
"Rusiya qoşunlarının sürətlə genişmiqyaslı yerləşdirilməsi olmadan rejimin sağ qala biləcəyi çox şübhəlidir. HTŞ (Heyət Təhrir əş-Şam) və digər qüvvələr Dəməşqə doğru irəlilədikcə, belə bir inkişaf perspektivi çox zəif görünməyə başlayır", - ekspert bildirib.
O qeyd edib ki, rejim Hələb və Həmadan daha çox Dəməşqdə müqavimət göstərə bilər, lakin HTŞ və digər yaraqlı qruplar Əsədi hakimiyyətdən devirmək üçün çox həvəsli və qərarlıdırlar.
Quilliam vurğulayıb ki, Rusiyanın Əsədə dəstəyinin "minimum" olması təəccüblüdür.
Avropa Birliyi (AB) və ABŞ Suriya məsələsi ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməlidir.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Spigel” nəşrində məqalə yayımlanıb.
Nəşr yazır ki, Suriyanın gələcəyini İran, Rusiya və əsasən Türkiyə müəyyən edir:
“Qərb suriyalılara kömək etmək istəyirsə, Ərdoğana təsir göstərməyə çalışmalıdır. Qərbin bu məsələdə zəifliyi onun öz problemidir. Ərdoğan əvvəldən Suriyada müxalifəti dəstəkləyib. Bu məsələ ilə bağlı AB və ABŞ Ərdoğanla görüşməlidir”.
Qeyd edək ki, Suriyada baş verən gərginlik fonunda Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması artıq Xümsü ələ keçirmək üzrədir. Qruplaşmanın lideri Əbu Məhəmməd Colani hədəfin Dəməşq olduğunu açıqlayıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız hərbi ekspert Elxan Şıxəliyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.