AZ

Aİ "Gazprombank"a tətbiq edilən sanksiyaların yumşaldılmasını tələb edir

Avropa İttifaqı, ABŞ-ın "Gazprombank"a qarşı tətbiq etdiyi sanksiyaların yumşaldılması mexanizmlərinin hazırlanmasını istəyir. Bu addım, Avropaya Rusiya təbii qazının çatdırılmasında əsas maliyyə institutunun fəaliyyətinə dəstək məqsədi daşıyır. 

Valyuta.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.  

Agentliyinin məlumatına görə, Aİ və ABŞ bu mövzuda mümkün variantları müzakirə edir. Avropa hökumətləri və şirkətləri xəbərdarlıq edir ki, sanksiyalar regionun enerji təhlükəsizliyinə ciddi təhlükə yarada bilər.  

"Gazprombank" hazırda Rusiya qazının ödənişlərinin emalı üçün yeganə səlahiyyətli bankdır. Macarıstan kimi bəzi ölkələr qaz tədarükünün davam etdirilməsi üçün artıq bu bankın sanksiyalardan azad edilməsini tələb edib.  

Qeyd edək ki, ABŞ "Gazprombank"a qarşı sanksiyaları noyabr ayının sonlarında tətbiq edib.  

Rəhim

Seçilən
59
valyuta.az

1Mənbələr