AZ

Ərşad Əl-Salihi Azərbaycanı nümunə çəkdi Kərkük çağırışı etdi-video  

 

“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Milli Məclisdə keçirilən Beynəlxalq Parlament Konfransında İraq Respublikası Nümayəndələr Şurasının İnsan hüquqları komitəsinin sədri Ərşad Əl-Salihi çoxlarını duyğulandıran nitqi ilə diqqət çəkib.

 Musavat.com bildirir ki, Ə.Salihi öncə Azərbaycanın 2020-ci ildə Qarabağ zəfəri ilə bütün dünyaya, yurdundan-yuvasından didərgin salınan bütün xalqlara ümid olduğunu söyləyib: “Təsadüfi deyil ki, Qarabağ zəfəri tarix kitablarında hərbi zəfərdə yeni səhifə açdı”.

İraqlı parlamentar Kərkükə dəstək verən Azərbaycandan ürək dolusu danışıb: “Azərbaycan qısa zaman əvvəl Türkmən eli üçün Kərkükdə ilk məktəbi bərpa edib. Prezident İlham Əliyevə təşəkkür edirəm. Türkmən eli kürəyini hər zaman Türkiyəyə və Azərbaycana söykəyir. İraqın Türk Dövlətləri Təşkilatında müşahidəçi kimi təmsil edilməsinin lazım olduğuna inanıram. Bizim ortaq mirasımız olan Füzuli bu dəyərlərin ən gözəl salnamələrindən biridir. Onun qələmi təkcə Türkmən elinə deyil, bütün islam aləminə işıq tutub. Biz də iraqlılar olaraq, Füzulinin Kərbəlada olan məzarının bərpasına çalışacağıq".

Ərşad Əl-Salihi həmçinin Türk Dövlətləri Təşkilatındakı (dövlətlərə çağırış da edib: “Türk Dövlətləri Təşkilatı dövlətlərindən İraqda səfirlikləri olmayan ölkələrə səslənirəm, siz də Azərbaycan kimi Bağdadda səfirliyinizi açın!” Qərbi Azərbaycan əhalisinin tarixi haqlarına çatmasını zəruri sayan Ə.Salihi çıxışını şeirlə bitirib və Kərkükü unutmamağa çağırıb.

E.Paşasoy,

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr