AZ

“Simpsonlar”ın daha bir proqnozu gerçəkləşdi


Keçmişdə bir çox hadisəni əvvəlcədən proqnozlaşdıran fenomen "Simpsonlar" serialı, 2024-cü ilə aid daha bir proqnozu ilə yenidən müzakirə mövzusu olub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Donald Trampın ABŞ prezidenti seçilməsi, meymunçiçəyi virusu, siyasi hadisələr və texnologiya sahəsində doğru çıxan proqnozları ilə tez-tez diqqət çəkən "Simpsonlar" bu dəfə tamamilə fərqli bir sahəyə toxunub. Elmi və investisiya dünyasına aid mövzuların yer aldığı epizodlarında "Simpsonlar"ın Bitkoin ilə bağlı proqnozu təəccübləndirib.

2017-ci ildə yayımlanan bir "Simpsonlar" epizodunda kripto aktivlərin lideri olan Bitcoin-in 2024-cü ildə böyük bir sıçrayış edəcəyi proqnozlaşdırılmışdı. Bitkoin dünən 100 min dollar səviyyəsini aşaraq bütün dövrlərin rekordunu qırdı. Serialda tez-tez qeyd edilən "Bitkoinin hər 5 ildən bir böyük irəliləyiş etdiyi" düşüncəsi də beləliklə doğru çıxdı. Digər tərəfdən, bu proqnoz "Simpsonlar"ın gələcəklə bağlı proqnozları haqqında müzakirələri yenidən alovlandırdı.

Rəhman Mirzəlizadə, BakuPost
Seçilən
48
bakupost.az

1Mənbələr