Bəşər Əsəd Suriyadadır, lakin ailəsi ölkəni tərk edib. Uşaqları və həyat yoldaşı Rusiyaya, kürəkənləri isə Birləşmiş Ərəb Əmirliklərinə uçub.
Azpost.info bildirir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr yazır ki, Əsədin ordusu Suriyanın cənub-qərbindəki əsas şəhər olan Dəranı itirib. Rusiya xəbərdarlıq edib ki, “igər prioritetlər səbəbindən yalnız məhdud dəstək verə biləcək.
Rusiya kontingenti imkan daxilində ən bahalı silahlarını ölkədən çıxarmağa çalışır.
Əsəd Türkiyə, BƏƏ, Misir və İordaniyadan kömək istəsə də rədd cavabı alıb.
“The New York Times” qeyd edir ki, Əsədin digər tərəfdaşı İran da hərbi komandirləri və şəxsi heyəti evakuasiya edir. İran son 13 ildə Suriyadan Livanda “Hizbullahı”” silahla təmin etmək üçün əsas marşrut kimi istifadə edib.