Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada iranlı həmkarı Abbas Araqçı ilə görüşüb.
Sfera.az bildirir ki, nazirlər Qətərin paytaxtında keçiriləcək 22-ci Doha Forumu öncəsi bir araya gəliblər. Bu barədə Türkiyə XİN-in “X” hesabında paylaşım edilib.
Qeyd edək ki, Doha Forumu beynəlxalq səviyyədə tanınmış hazırkı və keçmiş qərar qəbul edənləri, beyin mərkəzlərinin rəhbərlərini, akademikləri və regional və beynəlxalq məsələlər üzrə ekspertləri bir araya gətirən beynəlxalq diplomatiya forumu kimi tanınır.
Türkan