Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün cümə namazını İstanbulun Üsküdar bölgəsində yerləşən Həzrəti Əli məscidində qılıb.
"AzPolitika" Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğanın Suriyada gedən proseslər, Bəşər Əsəd rejiminə qarşı çıxan “Heyət Təhrir əş-Şam”ın Hələb, İdlib, Həma və digər şəhərləri ələ keçirməsi və Dəməşqi hədəf alması fonunda şiələrin əsas tərəfdarı hesab etdikləri Həzrəti Əli (İmam Əli-red.) məscidindən Suriya lideri Bəşər Əsədə səslənişi böyük marağa səbəb olub.
Qeyd edək ki, Suriyada əhalinin çoxluğunu sünni müsəlmanlar təşkil etsə də, Əsəd ailəsi ölkədədki cəmi on faizlik ələvi icmasının (ələvilik şiəliyin bir qoludur-red.) təmsilçisidir. İranın ölkə rəhbərliyində təmsil olunan ən güclü ve yeganə tərəfdarı hesab olunan Bəşər Əsəd uzun illərdir məzhəb ayrıseçkiliyi edərək öz hakimiyyətini qoruyub saxlamağı bacarıb.
"AzPolitika.info"