AZ

Hakim partiyanın deputatları iclası tərk etdilər

Cənubi Koreyada hakim “Vətəndaş gücü” partiyasının deputatları prezident Yoon Suk Yeolun istefaya göndərilməsi ilə bağlı parlamentə təqdim edilən vəsatət üzrə səsverməni boykot edərək zalı tərk ediblər.

"Cebheinfo.az" xəbər verir ki, “Vətəndaş gücü” partiyasının deputatları Yoonun işdən çıxarılması ilə bağlı qarşıdan gələn səsverməni boykot etdilər.

Bildirilib ki, Yoonun həyat yoldaşı Kim Keon Hee ilə bağlı “korrupsiya və seçkiyə müdaxilə” iddialarının araşdırılması təklifinə səs verən millət vəkilləri digər səsvermədə iştirak etmədən zalı tərk ediblər.

Yoonun istefaya göndərilməsi təklifinin qəbul edilməsi üçün parlament üzvlərinin ümumi sayının 2/3-ni təşkil edən 200 deputatın lehinə səsverməsi lazımdır. 

Seçilən
36
cebheinfo.az

1Mənbələr